HAQQIMIZDA

Greenlife 2005-ci ildə 100 m2-lik kiçik bir sahədə işə başlamışdır. İllər ötdükcə mən və şirkətin kollektivi məqsədlərimiz və prinsiplərimiz sayəsində daha da böyüdük və genişləndik. Bu gün şirkət 2000 m2 qapalı “showroom”, 1,5 hektar açıq alanda bitki satış və landşaft layihə dizayn studiyasına, 1,5 hektar qapalı istixana, 50 hektar açıq alanda bitki yetişdirmə sahələrinə malikdir. Şirkətimiz, həmçinin, İtaliyada da fəaliyyət göstərir. İtaliyada 70 hektar bitki yetişdirmə və satış mərkəzimiz var. Artıq bu il Greenlife fəaliyyətinin onillik ildönümüdür. İnanıram ki, mən və bütün kollektivim gələcəkdə daha da böyük yeniliklərə nail olacağıq. Məqsədimiz həmişə yeniliklərlə, yüksək servislə, keyfiyyətli işimizlə öndə olmaq və müştərilərimizə yüksək xidmət və qayğı göstərməkdir.

Greenlife – Həyatınızı bizimlə qurun!